2025.2.4 Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi
Bakıda qızıl mağazasından oğurluq edən şəxsə hökm oxunub.
hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş S.Fərhad 10 aprel 2024-cü il tarixində qızıl mağazasına müştəri kimi daxil olub. 3-4 saat mağazada qızılların şəkilini çəkib, guya yaxınlarına göndərdiyini bildirib.
Sonuncu dəfə mağazaya daxil olaraq piştaxtanın üstündə qalmış 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük, 4 ədəd qızıl sırğa, 10 ədəd brilyant şəffaf qaşları olan gümüşü rəngli metaldan olan deformasiyalı üzüyü götürərək mağazadan qaçıb.
Təqsirləndirilən şəxs ərazidə olan taksi sürücüsünün avtomobilinə minib. O, sürücünü əlindəki bıçaq və çəkiclə hədələyərək, təcili sürməsini tələb edib. Taksi sürücüsü Fərhada güc tətbiq edərək əlindəki bıçaq və çəkici alıb. Daha sonra polislər hadisə yerinə yaxınlaşaraq, Fərhadı saxlayıblar.
Məhkəmənin qərarı ilə Fərhad Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilərək, 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
2025.2.4 Mübahisə etdiyi şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxundu
Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxunub.
hadisə ötən il mayın 30-da saat 04:30 radələrində Bayılda baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Elmar Bağırov (ad, soyad şərtidir) həmin vaxt taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedib.
Bu zaman Xəyyam dostu Rasim və iki qadının olduğu avtomobildə tək hərəkət zolağının olduğu yola daxil olub.
Nəticədə bir-birinə yol vermək üstündə sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində sərxoş vəziyyətdə olan Xəyyam taksi sürücüsü Elmara hücum edib, lakin yerə yıxılıb. Bu zaman Elmar yerdə olan şəxsin boynunu sıxaraq ona ağır xəsarət yetirib.
Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fəqərəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fəqərə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.
Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib: “Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.
Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyini dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı təcili yardıma aparmışdılar. 2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və nəticədə belə bir hadisənin baş verdiyini gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu”.
İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinməsinə qərar verib.
Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.
2025.2.4 В Грузии задержан подозреваемый в убийстве азербайджанца
Грузинская полиция задержала подозреваемого в убийстве 24-летнего азербайджанца Вугара Ягубова в Рустави.
Об этом сообщает грузинское бюро со ссылкой на МВД Грузии.
По информации ведомства, Ягубов был жителем села Инджеоглу Болнисского муниципалитета Грузии.
В отношении задержанного, личность которого не обнародована, возбуждено уголовное дело по статьям 116 (причинение смерти по неосторожности) и 236 (незаконное приобретение, хранение, ношение и перевозку оружия) УК Грузии.
Подробности происшествия пока не установлены, однако, по предварительной информации, убийство произошло на почве конфликта.
2025.2.4 В Баку 20 водителей задержаны за вождение под воздействием алкоголя и наркотиков
В Насиминском районе Баку за минувший месяц задержаны 20 водителей, управлявших автомобилем в состоянии алкогольного или наркотического опьянения.
Об этом сообщили в Управлении дорожной полиции Баку.
Задержания проводились в ходе рейдов, организованных сотрудниками отдела дорожной полиции Насиминского РУП.
Отмечается, что нарушители, находившиеся под воздействием алкоголя, наркотиков или психотропных веществ, грубо нарушили правила дорожного движения, а некоторые из них оказали сопротивление полиции.
Все материалы переданы в суд, по итогам разбирательств пятеро водителей получили административный арест.
2025.2.3 Oğurluq edən şəxs 33 il sonra bəraət aldı
Bakıda 33 il əvvəl mağazadan yun şalvar və qadın kostyumu oğurlayan şəxsə bəraət verilib.
30 mart 1963-cü ildə Bakı şəhərində anadan olmuş V.B.-yə Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, V.B. 3 mart 1992-ci il tarixdə, təxminən gecə saat 3 radələrində Bakı şəhəri, Azadlıq (keçmiş Lenin) prospekti, K.Marks meydanının qarşısında yerləşən “Saburovo” yaradıcılıq istehsalat birliyinin Bakı filialının 1 №-li mağazasının vitrinini sındıraraq, 251 rubl 37 qəpik dəyərində yerli istehsal olan bir ədəd kişi yun şalvarını və dəyəri 175 rubl 56 qəpik olan yerli istehsal qadın kostyumunu oğulayıb, mağazaya ümümilikdə 426 rubl 93 qəpik ziyan vurub.
27 aprel 1992-ci ildə onun barəsində axtarış elan edilib. 2017-ci ildə V.B.-nin Rusiya Federasiyasının Samara vilayətinin Sızran şəhərində yaşaması müəyyən edilib.
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində V.B. barəsində cinayət işinə baxılaraq, cinayət işinə xitam verilib.
发表回复